FEYSBUKDAN MÖHTƏŞƏM YENİLİK
08.11.2014 1424 0.0 0

Feysbuk bir daha yeniliyə imza atdı.Feysbukun bu yeniliyi daha çox  diqqətləri cəlb edəcəyi bildirilir.

 

İctimai paylaşma saytı Feysbuk, Ebola virusunun yayıldığı  Qərbi Afrika ölkələrinə kömək məqsədiylə, istifadəçilərinin hesablarına yardım qutucuğu əlavə edəcək.Feysbukdan verilən açıqlamada virusun təsirli olduğu Liberiya, Qvineya və Sierra Leonedaki müxtəlif bölgələrə,  telefon və internet xidmətlərini dəstəkləmək məqsədiylə 100 peyk rabitə şəbəkəsi qurulduğu bildirilib.

Qərbi Afrikada kütləvi yayılan  virusla mübarizə üçün kömək etmək istəyən Feysbuk istifadəçilərinin, qarşıdakı  həftələrdə hesablarında kömək blokunun olacağı haqda verilən açıqlamada Feysbukun qurucusu və rəhbəri  Mark Zuckerberg və həyat yoldaşı Priscilla Chan, ABŞ-da Ebola epidemiyasıyla mübarizə üçün keçən tədbirlərin birində 25 milyon dollar yardım etdiyi bildirilib.

Xatırladaq ki,Dünya Sağlamlıq Təşkilatı (üST) , Ebola epidemiyasından ölənlərin sayının 4 min 922-yə yüksəldiyini açıqlayıb. ÜST, 23 Oktyabra qədər böyük qisimi Qərbi Afrikada qeydə alınan Liberiya, Qvineya və Sierra Leonede olmaq üzrə 10 min 141 Ebola daşıyıcısı təsbit edildiyi məlumatını vermişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar