Gəncə Ağır Cinayətlər məhkəməsi erməni kəşfiyyatçıya 18 il həbs verdi (VİDEO)
04.05.2015 817 0.0 0

Erməni kəşfiyyatçısı Arsen Baqdasaryanın cinayət işi üzrə məhkəmə baxışı Gəncə Ağır Cinayətlər məhkəməsində davam etdirilir.

Məlumata görə, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Anar Mirkişiyev Arsen Baqdasaryanın cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Respublika Hərbi Prokurorluğunun xəbərinə görə, ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Arsen Baqdasaryan Silahli Qüvvələrimizin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq mühafizə orqanlarına təhvil verilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar