Əflatun Amaşov: Fransada güllələnən Rəhim Namazov jurnalist olmayıb
30.03.2018 826 0.0 0

"Ölkəmizin bəzi kütləvi informasiya vasitələrində Rəhim Şəkinski olaraq göstərilən Rəhim Namazov adlı şəxsin Fransada güllələndiyinə dair məlumatlar yayılıb və həmin şəxsin guya jurnalist olduğu bildirilib. Yayılmış informasiyalarda həmçinin Fransa telekanalının da məsələni məhz azərbaycanlı jurnalistin güllələndiyi kimi təqdim etməsi önə çəkilib."

Qazeta.info xəbər verir ki, bu açıqlama ilə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov öz feysbuk profilində məlumat yayıb.

Daha sonra, Ə. Amaşov "Azərbaycan Mətbuat Şurasının sədri və media sahəsində uzun müddət fəaliyyət göstərmiş biri olaraq bildirirəm ki, Rəhim Namazov adı jurnalist olmayıb. Bu ad ölkəmizin media ictimaiyyətində jurnalistika ilə bağlı hər hansı təsəvvür formalaşdırmır. Xaricdə sığınacaq almaq məqsədi ilə müxtəlif yollarla jurnalist vəsiqəsi əldə edən onlarla şəxs var. Çox güman ki, R.Namazov da onlardan biridir. Ona görə də demək olar ki, bu adamın Fransada silahlı hücuma məruz qalması jurnalistlik fəaliyyəti ilə əlaqədar ola bilməz. Məsəlinin səbəbi fərqli müstəvidə araşdırılsa, daha obyektiv nəticəyə gəlmək mümkündür. Kütləvi informasiya vasitələrimizin, xüsusən də internet informasiya resurslarımızın təmsilçilərindən xahiş edirəm ki, bunu nəzərə alsınlar." deyə bildirirb.

 

Bildirək ki, Fransa saytları hadisə ilə bağlı məlumat yayarkən R. Namazovu Fransaya sığınmış jurnalist kimi təqdim edib.

Lakin sözü gedən səxs, sosial şəbəkələrdə Nadir Səlifovu (Lotu Quli) ağır təhqirli səs yazıları ilə tanınan kriminal aləmin nümayəndələrindən hesab edilən "Rahim Şəkinski" olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar