UKRAYNADAN RUSİYAYA SANKSİYA QƏRARI OLA BİLƏR.
08.08.2014 1303 0.0 0
 

Ukrayna Nazirlər Kabineti Rusiyanın Krımın işğalını dəstəkləyən və Ukraynanın şərqində terrorçuları maliyyələşdirən fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar paketi hazırlayıb.A. Yasenyuk bildirib ki, hökumət Rusiya Federasiyasının və bəzi digər ölkələrin 172 vətəndaşına qarşı sanksiyaların tətbiqi təşəbbüsü ilə çıxış edir. Həmin şəxslərin siyahısı müvafiq qərarın qəbul edilməsi üçün Milli Təhlükəsizlik və Müdafiə Şurasına təqdim olunacaq. 

 

Arseni Yasenyuk fiziki və hüquqi şəxslərə qarşı 26 növ sanksiyanın tətbiqi ilə bağlı Ali Radaya qanun layihəsi təqdim edəcəklərini də açıqlayıb. Bu sanksiyalara Ukrayna ərazisində fəaliyyətə, ölkənin internet məkanında yayımlara, özəlləşdirmələrdə iştiraka, lisenziyalardan istifadəyə, Ukrayna ərazisindən tranzitə qadağa qoyulması, eləcə də aktivlərin dondurulması daxildir: “Mən qanun çərçivəsində tətbiq oluna biləcək bütün vasitələrdən danışdım Buna hər cür tranzitin – həm aviauçuşlar, həm də təbii ehtiyatların tranzitinin dayandırılması daxildir”.

 

Baş nazir etiraf edib ki, Ukrayna Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalar, eləcə də bu ölkənin aqressiv addımları nəticəsində bir ildə 7 milyard dollar itirə bilər.-//APA


Teqlər:UKRAYNADAN RUSİYAYA SANKSİYA QƏRARI

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar