Erməni hakerlər «soyqırım»la bağlı Azərbaycan və Türkiyəyə hücuma hazırlaşırlar
23.04.2015 687 0.0 0

Erməni haker qruplaşmaları Azərbaycanın və Türkiyənin informasiya resurslarına genişmiqyaslı hücuma hazırlaşırlar. Bunu  Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə Mərkəzindən (CERT) deyiblər.

Hakerlərin hücumu məqsədyönlü olacaq və qondarma “erməni soyqırımı”nın 100-cü ildönümünə həsr olunacaq.

CERT-dən qeyd ediblər ki, mərkəzin apardığı monitorinq nəticəsində erməni hakerlərin Azərbaycanın və Türkiyənin internet resurslarına qarşı genişmiqyaslı hücumunun aprelin 23-24-nə təsadüf edəcəyi məlum olub: “Dövlət və özəl sektorun resurslarına hücumlar məqsədyönlü xarakter daşıyacaq”.

Bununla əlaqədar CERT haker hücumlarına görə informasiya sistemlərinin təhlükəsizliyi üzrə tədbirlərin gücləndirilməsi barədə xəbərdarlıq edir./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar