«Elə olur ki, günlərlə çörək belə tapa bilmirik»-Ucar sakinindən Kəmaləddin Heydərova müraciət
27.04.2015 1324 0.0 0

"Elə olur ki, günlərlə çörək belə tapa bilmirik.Özümün yox ailəmin az yaşlı körpə uşaqlarımın acından məhv olma təhlükəsi məni çox üzür.Bizim ailənin vəziyyətini gözləri ilə gəlib görən insan dəhşətə gələr.Bəlkə də Azərbaycanda aclıq içində yaşayan ikinci belə bir ailə yoxdur."

Bu sözləri Qazeta.info-ya Ucar rayon Mirbəşir Qasımov küçəsi ev 6 da kirayədə yaşayan Mahmudov Coşğun Əlikram oğlu ünvanladığı məktubda bildirir.

O bildirir ki,  "mən 15.05.1990-cı il tarixdə Ucar rayonunun Ramal kəndində anadan olmuşam.Uşaq olarkən valideyinlərim ayrılıblar. Anam bizi çox əziyyətlə böyüdüb. 2012-ci il tarixdə ailə həyatı qurmuşam.Böyük uşağımın 2 yaşı var, kiçik uşağım 4 aylıq olmaqla iki övladım var.Yuxarıda göstərdiyim ünvanda kirayədə yaşayıram.Hərbi xidmət keçmişəm, çavuş olmuşam.Orta təhsilli olsam da İnformasiya Elmi-Tədris Mərkəzində Windows XP, MS Word,  MS EXCEL,  MS Powcr Point,  Internet Expliorer  üzrə hazırlıq kursunu bitirmişəm.Komputer proqramlarını çox gözəl bilirəm.Hazırda heç bir yerdə işləmirəm.Bu səbəbdən də ailə vəziyyətimiz çox acınacaqlıdır.Elə olur ki, günlərlə çörək belə tapa bilmirik.Özümün yox ailəmin az yaşlı körpə uşaqlarımın acından məhv olma təhlükəsi məni çox üzür.Bizim ailənin vəziyyətini gözləri ilə gəlib görən insan dəhşətə gələr.Bəlkə də Azərbaycanda aclıq içində yaşayan ikinci belə bir ailə yoxdur. İşləmək istəyirəm, ancaq işlə təmin etmirlər.Fövqəladə Hallar Nazirliyinin  Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsində komputerçi  vəzifəsi  hazırda boşdur.

Bu vəzifəyə hələ işçi təyin edilməmişdir.Bu xəbəri eşidib çox sevindim və Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova ərizə ilə müraciət etdim.İnanıram ki, cənab Kəmaləddin Heydərov mənim ərizəmi araşdırıb Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsində işə qəbul edilməyimə köməklik edəcək.Mən həmçinin mətbuat vasitəsi ilə Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova müraciət edirəm. Hörmətli Nazir Sizdən çox-çox xahiş edirəm   əgər mümkündürsə     Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsinə  işə qəbul edilməyimə yaxından köməklik göstərəsiniz.Ömrümüz boyu Sizə minnətdar olarıq."

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar