YAPONİYA 69 İL ÖNCƏKİ ATOM FACİƏSİNİ ANDI
07.08.2014 1363 0.0 0

YAPONİYA  69 İL ÖNCƏKİ ATOM FACİƏSİNİ ANDI

Bu gün  Birləşmiş Ştatlar tərəfindən Yaponiyaya atılan atom bombası nəticəsində Naqasaki və Herosimo şəhərlərində  həyatını itirən 143 mindən çox insanın xatirəsi yad edilib.Xiyabanlarda anım mərasimi kecilib və faciə bir dəqiqəlik sükut elan edilib.

Xatırladaq  ki,prezident Harri Trumanın əmri ilə avqustun 6-da əvvəlcı Yaponiyanın Xirasima şəhərinə bomba atılaraq şərtsiz təslim olunması tələbi irəli sürülüb.

İkinci bomba isə 1945-ci ilin bu günü, yəni avqustun 9-u Naqasaki şəhərinə atılıb. Partlayış nəticəsində 200 min əhalisi olan şəhərin 27 mini həyatını itirib. İlin sonuna qədər isə ölənlərin sayı 70 mini ötüb. Faciəli partlayışlardan 6 gün sonra Yaponiya höküməti qeyri-şərtsiz təslim olub və Günəşin oğlu adlandırılan Yapon İmperatoru Hirahito amerikalı general Duqlas Makarturun hüzüründa 2-ci dünya müharibəsinin sona çatmasını rəsmiləşdirən müqaviləni imzalayıb.Xatırladaq ki,Yaponiyaya atılan bu atom bombası dünya savaşında bir ilk olaraq atılan atom bombası kimi tarixə düşüb.

O zamandan bu günə qədər ərazidə hələ də mövcud olan radiasiya ucbatından daha 3 min 69 insan həyatını itirib və son rəqəmlərə əsasən nüvə bombasının partlayışı nəticəsində həyatını itirənlərin sayı 143 mini ötüb.


Teqlər:YAPONİYA 69 İL ÖNCƏKİ ATOM FACİƏSİN

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar