İRAN 5+1-İN QAPALI QALAN SON ŞƏRTLƏRİNİ BƏYAN EDİB
30.11.2014 1490 0.0 0

5+1 qrupu çərçivəsində İran ilə nüvə müzakirələri aparan ölkələri arasında 6 mövzuda anlaşılmazlıq olduğu açıqlanıb.

İran rəsmi agentliyi IRNA-nın xəbərinə görə, xarici işlər naziri Cavad Zərif, İran Məclisinin qapalı iclasında Avstriyanın paytaxtı Vyanada təxminən 10 aydır aparılan və 24 noyabr 2014-cü ildə sona çatan nüvə müzakirələr haqqında ətraflı məlumat verib.

Çıxışında, müzakirə heyətini dəstəklədiyini açıqlayan İran Dini Lideri Əli Xameneyiyə təşəkkür edən Zərif, anlaşılmayan mövzularını "sentrifuqa sayı, ağır su reaktorlarinin vəziyyəti, nüvə əməkdaşlıq, sanksiyalar və İranın sərmayə bazarına qoşulma tarixinin müəyyənləşdirilməsi" şəklində bildirib.

Son müzakirələrdə danışıqların bir həftə davam etdiyini xatırladan Zərif, "Toplantıların gündə ortalama 7 saat davam etdiyini" bildirərkən belə deyib:

"Müzakirələrdə Rusiya ilə 4, Almaniya, İngiltərə və Fransa ilə 2, Çin, Avstriya və Almaniya ilə bir iclas keçirilib, Təxminən 80 saatda 39 yığıncaq reallaşdı. Bu müddətin 10 saatı ixtisas danışıqları idi. Tərəflər arasında 18 Noyabrda başlayan və 7 gün davam edən son tur müzakirələrdə, danışıqların 7 ay daha uzadılması razılaşdırıldı. Bu müddətin ilk 4 ayında siyasi uzlaşma və ya ümumi anlaşmaya nail olmaq üçün səy göstəriləcək. Bu bəlkə daha erkən ola bilər, son 3 ay da isə müqavilənin texniki və hüquqi detalları yazılacaq. "

İran ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa ilə Almaniyanın təsis etdiyi  5 + 1 qrupu arasında aparılan və son danışıqları Vyanada davam etdirilən nüvə müzakirələr nəticəsində son razılaşmağa varılamamış və müzakirə tarixinin 1 İyul 2015 -ə qədər uzatıldığı açıqlanmışdı.//Anadolu Agentliyi


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar