GÜRCÜSTANDA DAHA BİR İSTEFA
06.11.2014 1396 0.0 0

Gürcüstanın NATO-dakı səfiri Levan Dolidze istefa verib.

"Gerogia online" agentliyinə istinadən verdiyi məlumata görə, L.Dolidze bu xəbəri "Mayestro" telekanalına təsdiqləyib.

Səfirin sözlərinə görə, onun istefa ərizəsi yaxın günlərdə bir neçə əhəmiyyətli görüş keçirdikdən sonra qüvvəyə minəcək.

L.Dolidze bu gün səhər saatlarında istefa ərizəsini Gürcüstanın baş naziri İrakli Qaribaşviliyə göndərib. 

Levan Dolidze "Bizim Gürcüstan - azad demokratiya" partiyasının sədri Viktor Dolidzenin qardaşıdır.

Qeyd edək ki, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya istefaya göndərilib. Müdafiə nazirindən sonra daha iki nazir və üç nazir müavini istefa verib.//
ANS PRESS


Teqlər:GÜRCÜSTANDA DAHA BİR İSTEFA

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar