Dünyanın ən məşhur mafia serialında Azərbaycana qarşı AÇIQ TƏHDİD - VİDEO
31.01.2022 332 0.0 0

ABŞ-ın FOX telekanalı tərəfindən yayımlanan və son illərin ən çox gözlənilən filmi “The cleaning lady” serialında Azərbaycana qarşı təxribat törədilib.

Bildirək ki, rejissorluğunu Marisol Adler, Milan Çevlv və Stevenn Depaulun etdiyi serialın ilk 10 bölümü 3 yanvar 2022-ci ildə yayımlanıb.

Serial mafia və bir qadının bu mafiaya açıq savaş açmasına həsr edilib. “The cleaning lady” əvvəllər Filippin həkimi olan təmizlikçi qadın, hazırda Las-Veqasda işləyən və yaşayan Toni De La Rozadan bəhs edən dramdır. 

Maraqlı olan məqam isə serialın 3-cü bölümündə Azərbaycana qarşı açıq təhdid ifadə edən fikirlərin səslənməsidir. Sözügedən bölümdəki səhnələrdən biri açıq şəkildə Azərbaycana qarşı təhdid xarakterlidir.

Belə ki, səhnədə erməni lobbisinin ABŞ-dakı əsas təmsilçilərindən biri çıxış edərək oğluna səslənir. O, vətənin (Ermənistanın - red.) bölündüyünü və oğlunu Qarabağı Azərbaycandan almaq üçün erməni ordusuna göndərdiyini açıqlayır.

Qeyd edək ki, bu, FOX telekanalının ölkəmizə qarşı birinci qərəzli münasibəti deyil./publika.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar