MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR ARTIB.
24.08.2014 1432 0.0 0

Qeyri neft sektorunda istehsal olunan əlavə dəyər 6.8 faiz artıb.

 

 Bu ilin yeddi ayının makroiqtisadi göstəricilərinin ötən ilin yanvar-iyul aylarının nəticələri ilə müqayisəsi ölkənin həm iqtisadi, həm də sosial sahələrinin dinamik inkişaf etdiyini göstərir.
 

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, ümumi daxili məhsul istehsalı 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz artıb. Əlavə dəyərin 45,5 faizi sənaye sahələrində, 11,4 faizi tikinti kompleksində, 9,8 faizi ticarət və pullu xidmət sahələrində, 26,4 faizi isə digər sahələrdə yaradılıb. Əhalinin hər nəfərinə orta hesabla 3621,3 manat məbləğində əlavə dəyər istehsal olunub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 1,1 faiz çoxdur.
Əlavə dəyərin 56,8 faizi qeyri-neft sektorunda istehsal olunaraq əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 6,8 faiz artıb, neft-qaz sektorunda isə 3,1 faiz azalıb. İqtisadiyyatın qeyri-enerji sektorunda 6,9 faiz artım müşahidə edilib.//
AzərTAc


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar