DSMF-dən son iki ayda əhaliyə ödənilən müavinətlərin həcmi haqda açıqlama
09.03.2022 530 0.0 0

Son iki ayda DSMF tərəfindən əhaliyə müavinətlər üzrə 34% çox olmaqla 132 mln., təqaüdlər üzrə 25% çox olmaqla 89 mln. manat ödənilib
Qazeta.info xəbər veriri ki, bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  məlumat yayıb.

Məlumatda bildirilir ki, fond yanvar-fevral aylarında 772 min şəxsi sosial müavinət və təqaüdlə təmin edib

2022-ci ilin yanvar və fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 772 min şəxsə sosial müavinət və təqaüd ödənilib.

Onlardan 407 min nəfəri sosial müavinətlə, 365 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Müavinət ödənişləri üçün ötən ilin müvafiq dövrünə nisbətən 34% çox olmaqla 132 mln. manat, təqaüd  ödənişləri üçün 25% çox olmaqla 89 mln. manat sərf olunub.

Son üç ildə müavinət və təqaüdlərin də elektron təyinatı sistemləri işə salınıb. 2022-ci ilin 2 ayında 86 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar