SİYAVUŞ NOVRUZOV MİLLİ ŞURANIN MİTİNQİNƏ MÜNASİBƏT BİLDİRİB
10.11.2014 1527 0.0 0

Məlum olduğu kimi, Milli Şura   9 noyabrda  mitinq  keçirib. Aksiya Bakı Şəhər Icra Hakimiyyəti ilə razılaşmaya uyğun olaraq yenə də saat 15.00-dan 17.00-a qədər “Inşaatçılar” metrosunun yaxınlığındakı “Məhsul” stadionunda keçirilib. 

Qeyd edilən blok mitinqin möhtəşəm alınmasını bildirsədə  bir çox müstəqil mediya və müşahidəçilər mitinqin iştirakçı baxımında əvvəlki mitinqlərə nisbətən çox az insan topladığı qənaətinə gəliblər.

Belə ki, mətbuat və rəsmi mənbələr mintinqin iştirakçılarını təqribən 700 nəfərə yaxın olması haqda açıqlama yayıb.

Qeyd olunan mitinqə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov APA-ya açıqlamasında,

“Milli Şuranın keçirdiyi piket deyil, bir qrup insanın çox biabırçı, aşağı səviyyəli yığıncağı idi. Orda çox az adam vardı. Əksəriyyəti də hüquq-mühafizə orqanlarının əməkdaşları və jurnalistlər idi” deyə bildirib.

Daha sonra o, mitinqdə səslənən fikirlər yalan və böhtan adlandıraraq ,mitinqdə eyni adamların iştirak etdiyini deyib: “Bir qrup insan toplaşıb, bir il bundan qabaq nə demişdilərsə, hansı şüarlarla gəlmişdilərsə, elə də çıxış elədilər. İstər çıxışçıların, istərsə də iştirakçıların səviyyəsi o qədər aşağı idi ki, adam baxanda xəcalət çəkirdi. Bunlar elə bil aydan gəliblər və bu cəmiyyətdə yaşamırlar. Mitinqdəki insanların sayı ona görə az olub ki, onları hamı tanıyır. Bilirlər ki, bunlar ikiüzlü, riyakar və satqın insanlardır. Müəyyən dairələrin, erməni lobbisinin vəsaitləri hesabına gəlib mitinq edirlər”.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar