MİLLİ MƏCLİSDƏ NEFTİN QİYMƏTİNİN UCUZLAŞMASI TƏLƏB OLUNUR
16.12.2014 1061 0.0 0

 

“Neftin qiyməti kəskin olaraq düşür. Buna görə də qonşu ölkələrdə benzinin qiyməti azalır. Ancaq Azərbaycan benzinin qiyməti aşağı düşmür”.

 

Məlumata görə, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışında deyib.

O bildirib ki, Azərbaycan “Premium 95” benzini hətta xaricdən alır: “Mən iqtisadiyyat və Sənaye Nazirliyi tabeliyindəki Tarif Şurasında benzinin maya dəyərinə yenidən baxılmasını təklif edirəm. Benzinin qiymətinə yenidən baxılmalıdır, çünki benzinin dəyərinin azaldılmasına ehtiyac var”, - deyə millət vəkili Vahid Əhmədov qeyd edib.//
ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar