ƏRDOĞAN OD PÜSKÜRDÜ: "AMERİKANI MÜSƏLMANLAR KƏŞF EDİB"
17.11.2014 860 0.0 0

Bu günlərdə Türkiyə Prezident Ərdoğan çıxışlarından birində Dünyanın Hələbdə baş verənlərə Kobani qədər reaksiya vermədiyinə narazılıq bildirib.

Qazeta.info Türkiyə mətbuatına istinadən bildirir ki , Ərdoğan "Əsl üzərində dayanılması lazım olan yer Hələbdir. İndi Hələb gedir. İqtisadiyyatı, tarixi, mədəniyyəti var. Hələbdən niyə danışmırıq da, Kobanidən danışırıq? Üst ağıl başqa hesablar içində. Gizlicə planlar hazırlanır, bu planların üzərində durmaq lazımdır "deyə bildirib.

Daha sonra Türkiyə Prezidenti Latın Amerikasının İslamla əlaqəsinə toxunub.Ərdoğan bəyan edib ki, Latın Amerikasının İslamla tanış olmasının tarixi 12-ci əsrə gedib çıxır. Amerikanı Kolumb deyil, 1178-ci ildə Müsəlmanlar kəşf edib.

1178-ci ildə Müsəlman dənizçilər Amerika qitəsinə çatmışdı. Xristofor Kolumb öz xatirələrində Kuba sahillərində dağın təpəsində bir məscidin varlığından bəhs edib. Mən indi Kubalı qardaşımla danışaram. O dağın təpəsinə bir məscid bu gün də qalır. Yetər ki icazə versinlər, olar desinlər. Yəni Kolumb daha Amerika qitəsini kəşf etmədən İslam dini bu qitədə inkişaf etmiş, yayılmışdı.

 

Türkiyə daxildə və xaricdə mövcud olan problemlər aradan qaldırdı. Türkiyə heç bir ölkə üçün təhdid  ölkə deyil. Türkiyənin kimsənin sərhədlərində və daxili işlərində gözü, əməli yoxdur. Özümüzü tənqid etmək məcburiyyətindəyik. Mövcud olan acı mənzərənin İslamın özü ilə əlaqəsi yoxdur. Müsəlmanların uduzmuş, əzilmiş olmasını, öz aralarındakı problemləri İslamın özünə bağlayanlar dinə hörmətsizlik içindədirlərr deyə Türkiyə prezidenti qeyd edib.

Daha sonra o, "İnsanları məsciddə ibadət edərkən qətlə yetirənlər Müsəlman olduqlarını necə iddia edərlər? İnsanları türbələrdə qətlə yetirənlər Müsəlman olduqlarını necə iddia edərlər? "Müsəlmana Müsəlman qardaşının qanı, malı, isməti haramdır” hökmünü hara qoyacağıq? Müsəlmanlar əvvəl öz- özlərini tənqid edəcəklər, əvvəl özlərini düzəldəcəklər. Bizim Allahdan başqa kimsəyə qul olma vəzifəmiz yoxdur"  deyə  bildirib. 

Ərdoğan "Orta şərqin neftli çirkli ssenari ilə sömürülür. Bu çirkli ssenaridə Müsəlmanların canı, malı, inancı var. İslam- iştahlı, narazı ruhların hədəfi halına gəlib. Mən illərdir bir şeyi dilə gətirirəm: BMT-nin islahat edilməsi lazımdır, BMT dünya sülhünə xidmət etmir” deyə sərt açıqlama verib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar