DSMF: `Gələn il gəlir və xərclərimiz üzrə risklər olmayacaq`
29.12.2021 365 0.0 0

Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) proqnozlaşdırılan gəlirləri üzrə risk gözlənilmir.

Bildirək ki, bunu Fondun sədri Himalay Məmişov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

"Ölkə iqtisadiyyatı pandemiyadan sonra yenidən inkişaf tempini bərpa edib. Bu isə o deməkdir ki, proqnozlaşdırılan gəlirlərdə hər hansı risk gözlənilmir. DSMF-nin xərcləri də müəyyən olunmuş qrafikə uyğun icra olunacaq", - deyə o, qeyd edib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar