"XƏDİCƏ İSMAYILOVA İLƏ BEN LADENDƏ HEÇ BİR FƏRQ YOXDUR"
03.11.2014 1608 0.0 0

“Xədicə İsmayılova o tip insanlardandır ki, "Azadlıq" radiosunda işlədiyi zaman ərzində bütün insanların hüquqlarını pozaraq onlara qarşı mənəvi terror həyata keçirib. O, bu mənəvi terroru bu gün də davam etdirir”. Bu barədə millət vəkili Fəzail Ağamalı Xədicə İsmayılovanın Azərbaycanda insan hüquqları ilə bağlı tənqidi fikirlərinə münasibət bildirərkən deyib.

F.Ağamalı vurğulayıb ki, ona görə də X.İsmayılova kimi bir adamın insan haqlarından danışması hoqqabazlıqdan başqa bir şey deyil: “Xədicə İsmayılovanın bütün yazılarını götürüb sistemləşdirməklə onun insanlara nə qədər böhtan, şər atması, iftira yaxması və insanları mənəvi terrora məruz qoymasını aydın görmək olar”.

O, əlavə edib ki, X.İsmayılova mənəvi terrorçudur: “İnsanlara qarşı bir fiziki terror həyata keçirirlər, bir də mənəvi terror. Xədicə İsmayılova ilə Bin Ladenin heç bir fərqi yoxdur. Bin Laden insanları fiziki cəhətdən öldürürdü, Xədicə İsmayılova isə mənəvi terrorla insanları infarkt vəziyyətinə salaraq onları həyatdan məhrum edir. Ona görə də bu cür adamın insan haqlarından danışmağa heç bir mənəvi haqqı yoxdur. Düşünürəm ki, hüquq-mühafizə orqanları Xədicə İsmayılova haqqında öz konkret və qəti sözünü deməlidir”.//Trend


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar