Dövlət Komitəsinin sədri: `Atəşkəs elan olunandan sonra 13 azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub`
24.02.2017 726 0.0 0

“1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi faktları davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub, onlardan 13-ü həlak olub, 19 uşaq isə yaralanıb”.
Məlumata görə, bunu Xocalı soyqırımının 2­5-ci ildönümünə həsr ­edilən “Xocalı faciə­si: unudulmayan tarix­ və günahsız uşaqlar”­ adlı tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirməsi davam edir: “Ermənistan Qarabağı özünə birləşdirmək istəyir. Bu yolda bütün cinayət və vəhşiliklərə hazır olduqlarını bildirir”.
H.Hüseynova vurğulayıb ki, hazırda Azərbaycanın müasir peşəkar və mütəşəkkil ordusu var: “Ali Baş Komandanın əmri ilə ordumuz hər an qətiyyətli addım atmağa hazırdır. Bu günlərdə milli qəhrəmanımız Çingiz Qurbanovla bağlı aparılan işlər və Prezidentimizin bu barədə xüsusi tapşırıqları göstərdi ki, dövlətimiz hər bir vətəndaşının qədrini bilir”.
Komitə sədri qeyd edib ki, Xocalı soyqırımını törədənlərin gec-tez ədalət məhkəməsinin qarşısında cavab verməsi üçün hər kəs əlindən gələni etməlidir./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar