Dilavər Əzimli: «Bunlar nə Ramazan blirlər, nə Qurban, nə də Məhərrəmlik»
14.07.2015 846 0.0 0

Dəfələrlə Azərbaycanın televiziya kanallarından yazmışam. Çoxları da yazır. Demək olar ki, əhalinin böyük hissəsi narazıdır və kanallara baxmaq istəmir. Səviyyəsiz aparıcılara baxanda adam daha da əsəbiləşir. Amma buna baxmayaraq belə də davam edir. Nədir bu? Demək, məqsədyönlü bir ideoloji siyasət aparılır. Bu siyasətin məqsədi gəncləri milli hisslərdən məhrum etmək, onları istədikləri kimi tərbiyə etməkdir.

Qazeta.info bildirir ki, Bu açıqlama ilə tanınmış siyasətçi-alim Dilavər Əzimli çxış edib. Azərbaycan gəncliyinin Dağlıq Qarabağ kimi faciəli yarasının olduğunu xatırladan D.Əzimli  "Bu günki gənclik sabahın əsgəri kimi yetişdirilməlidir. Amma televiziyalarda bayağı aparıcıların şit gülüşləri, tərbiyəsizlikləri ilə bu gəncliyi yetişdirmək olarmı? ATV kanalı lap həddini aşıb. O biriləri də ondan geri qalmırlar. Artistlər bütün efir məkanını tutub." deyə bildirib.

Ötən gün Qədr gecəsi ilə əlaqədar ölkənin efir məkanında uyğun verlişlərin yayımlamamasına toxunan Dilavər Əzimli, "Dünən bütün telekanallarımızı izlədim. Çünki Qədr gecəsi idi. İstədim bir kanalda bununla bağlı bir veriliş tapam. Nə faydası? Yox idi. Amma qardaş Türkiyə kanallarında bu gecənin əzəmətindən danışılırdı. Qədr gecəsi ilə böyüyən bir gənclik təbii ki, Vətən uğrunda sinəsini güllənin qabağına verəcəkdir. Hesab edirəm ki, Azərbaycan ictimaiyyəti Azərbayacnın efir məkanınını boykot etməlidir. Heç kəs bu kanllalara baxmamalıdır. Çünki bu milləti özündən uzaqlaşdıran kanallara baxmaq günahdır. Bunlar nə Ramazan blirlər, nə Qurban, nə də Məhərrəmlik. Unutmayın ki, dinə hörmət etməyənlərin aqibəti yaxşı qurtarmır. Bunu yaxın tarix də göstərir. Təssüf hissi ilə qeyd edim ki, bizim dini kəsimimiz də apardığımız təbliğat kimidir. Din xadimləri hədislərdən o yana gedə bilmir. Ona görə də böyük həsrətlə Türkiyə kanallarındakı ilahiyyatçıların çıxışlarını gözləyirik. Çünki suallarımıza cavab tapırıq. Bu gün Türkiyədə bütün məscidlərdə minlərlə insanlar Müqəddəs ramazan ayının fəzilətlərinə qulaq asıb feyziyab olurlar. " deyə qeyd edib.

Türkiyənin efir məkanını ölkədəki , bəzi tele şirkətlərə nümunə göstərən D.Əzimli, ölkənin teleməkanındakı bu boşluqdan dolayı Azərbaycandan da minlərlə insanın Ramazan ayında Türkiyəyə yollanaraq orada yayımlanan verlişləri izləməyə getdiyini bildirib.

 D.Əzimli dinə olan bu soyuq münasibətə görə ölkənin din xadimlərini də tənqid edərək " Doğrudan da qəribədir! Biz hara gedirik? Qarşıda bizi çətin günlər gözləyir. Yəni, ərazi bütövlüyümüz uğrunda amansız savaş! Biz bu cür telekanallarla və din xadimləri ilə bu savaşı uda biləcəyikmi?" deyə qeyd edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar