Daşkəsəndə baş vermiş təbii fəlakətin görüntüləri-FOTO
24.05.2016 855 0.0 0

Güclü qasırğa Daşkəsən rayonuna xeyli ziyan vurub

Qazeta.info Daşkəsən Rayon İcra Hakimiyyətinin məlumatına əsasən bildirir ki, Daşkəsən rayonu ərazisində 23 may 2016-cı il tarixdə saat 18-00 radələrində baş vermiş təbii fəlakət, yağış və dolu ilə müşaiyət olunan güclü külək əsməsi - qasırğa nəticəsində Daşkəsən şəhərinin 10-dan  artıq  yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun yol, elektrik, rabitə təsərrüfatına, əkin sahələrinə  ziyan dəymişdir.

1 nəfər şəhər sakininin fərdi minik avtomobilinin üzərinə ağac aşması nəticəsində avtomobil yararsız hala düşmüşdür.

       Baş vermiş təbii fəlakət barədə aidiyyəti üzrə qurumlara məlumatlar verilmişdir. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar