SİYAVUŞ NOVRUZOV BƏLƏDİYYƏ SEÇKİLƏRİ İLƏ BAĞLI XƏBƏRDARLIQ ETDİ
29.10.2014 792 0.0 0

 

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar öz üzvlərinə xəbərdarlıq edib.

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov  bildirib ki, partiya üzvlərinə bir-birilərinə alternativ namizəd olmamaları tövsiyə edilir: “Maksimum dərəcədə çalışmaq lazımdır ki, partiyanın qərarı ilə uyğunluq olsun. Partiya 15 035 namizəd irəli sürüb və bununla bağlı qərarlar bu gün dairə seçki komissiyalarına çatdırılacaq.

Tövsiyə edirik ki, bizim namizədlərə öz partiyamızdan alternativ namizəd olmasın. Düzdür, hər bir insanın arzusu, istəyi var, amma bizim üzvlərimizin sayı çoxdur”.

S.Novruzov vurğulayıb ki, YAP-ın 650 minə qədər üzvü var və bu üzvlərin sırasından cəmi 15 035 nəfərin nazmizədliyi irəli sürülüb: “Digərləri də istəyir ki, iştirak etsin. Amma bunu baxıb nizamlayacağıq".//Trend


Teqlər:YAP BƏLƏDİYYƏ SEÇKİLƏRİ İLƏ BAĞLI X

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar