FİDEL KASTRO İŞİD-İ YARADANLARDAN DANIŞIB.
04.09.2014 1495 0.0 0

 

Bu günlərdə NATO-nu faşist təşkilat adlandıran Kuba inqilabının lideri Fidel Kastro indi də İraq və Şam İslam Dövlətini (İŞİD) yaradanlar barədə qalmaqallı açıqlama verib. O, bildirib ki, İŞİD-i İsrail və ABŞ yaradıb. Bu barədə “MIGnews.com” saytı xəbər yayıb.

88 yaşlı siyasətçi deyib ki, mən əminəm ki, Yaxın Şərqdə İŞİD kimi təşkilatın yaranmasının əsas səbəbkarı İsrail və ABŞ-dır.

Onun sözlərinə görə, İsrail Kəşfiyyat Xidməti MOSSAD ABŞ senatoru Con Makkeynlə əlaqəyə girərək İŞİD-i yaradıblar. 

Əfsanəvi Fidel Kastro, həmçinin Ukraynada baş verən hadisələrə də münasibət bildirib.

Bu dəfə də NATO haqqında kəskin ifadələr səsləndirən təcrübəli siyasətçi deyib ki, bir çox insanlar NATO-nun Avropadan olan təmsilçilərinin bəyanatların eşidəndə təəccüb edirlər. Onlar düşüncə tərzinə və özünü ifadə manerasına görə nasistləri xatırladırlar.//ANSPRESS


Teqlər:FİDEL KASTRO İŞİD-İ YARADANLARDAN D

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar