Dənizdəki qəzanın yeni video görüntüləri yayımlanıb - VİDEO
06.12.2015 721 0.0 0

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəzanın video görüntüləri yayımlanıb.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, görüntülər SOCAR-da bu gün keçirilən mətbuat konfransında nümayiş etdirilib.

Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

Hadisə ilə bağlı FHN-in xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar