BAKIDA KƏNT TƏSƏRRÜFATI MƏHSULLARININ SATIŞ YARMARKASI KEÇİRİLİR.
13.09.2014 1459 0.0 0

 

Bu gün Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilir.

 

Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə təşkil edilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarılıb.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilmişdi.
Burada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilən 13,35 ton məhsul, o cümlədən 0,4 ton ət, 0,1 ton ağartı, 3,5 ton tərəvəz, 4 ton meyvə və s. təklif olunurdu.
Məhsul bolluğu qiymətlərə də xeyli təsir göstərmişdi. Burada qiymətlər bazarla müqayisədə 30-40 faiz ucuz idi. Bolluq və çeşidlərin müxtəlifliyi alıcıların seçim imkanını artırmışdı. Sakinlər məhsulların keyfiyyətindən və qiymətlərin ucuzluğundan razılıqla danışaraq, yarmarkaların davamlı təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirov dedi ki, yarmarkadakı qiymətlər bazardakından 20-25 faiz ucuzdur. Yarmarkada kələm 70-90, badımcan 30-40, yerkökü 70-90 qəpiyə, lobya 2 manata, alma 50-80 qəpiyə, armud 70 qəpik - 1 manata, üzüm 80 qəpik -1 manat 20 qəpiyə təklif edilirdi. Burada, həmçinin qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, yumurtanın 1 ədədi 6-8 qəpiyə və s. satılırdı.
Şənbə günü Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil edilən yarmarkaya bu əraziyə təhkim olunmuş Salyan, Qusar, Astara, Şabran, bundan əlavə Sabirabad, Quba, Göyçay, Gədəbəy, Kürdəmir, Bərdə, Xaçmaz rayonlarının fermerləri və torpaq mülkiyyətçiləri tərəfindən 140,3 ton meyvə-tərəvəz, bostan məhsulları, mal və qoyun əti, ağartı, göyərti və digər kənd nemətləri çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vidadi Bayramov məlumat verdi ki, yarmarkada bütün növ kənd təsərrüfatı məhsulları vardır. Satışa çıxarılan məhsullar arasında mövsümə uyğun kənd nemətləri üstünlük təşkil edir. Burada bütün məhsullar bazarlardakından 25-30 faiz ucuz satılır. Məsələn, kartof 40-65, soğan 25-30 qəpiyə, pomidor 70 qəpik - 1 manata, xiyar 50-70, alma 50-80 qəpiyə, armud 70 qəpik -1 manata, üzüm 80 qəpik -1 manat 20 qəpiyə təklif olunur.
Yarmarkaya daxil olan məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Yarmarkada nəzarət tərəzisi qoyulub, bütün məhsulların bazarlarla müqayisəli qiymətləri göstərilib.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 15 tondan çox kənd təsərrüfatı məhsulları çıxarılmışdı.
Burada bazarlarla müqayisədə 24-30 ucuz qiymətə təklif edilən pomidor, xiyar, badımcan, bibər, kartof, soğan, qarpız, yemiş, şaftalı, alma, armud və digər məhsullar qəsəbə sakinləri tərəfindən həvəslə alınırdı.
Yarmarkada təklif edilən məhsulların təzə, keyfiyyətli və ucuz olması alıcılar tərəfindən razılıqla qarşılanırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, qəsəbə sakinlərin tələbatı nəzərə alınaraq yarmarkaya gətirilən məhsulların çeşidində ciddi dəyişikliklər edilib. Eyni zamanda, məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda -“Günəş” ticarət mərkəzində (18 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,8 ton) satışa Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından, ümumilikdə, 20,8 ton məhsul çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Samir Hidayətov bildirdi ki, hər iki yarmarkada mövsümi kənd nemətlərindən pomidor, xiyar, göyərti, kartof, soğan, lobya, badımcan, kələm, alma, armud, gavalı, şaftalı, üzüm, zoğal, yemiş, qarpız və digər məhsulların alıcıları çoxluq təşkil edir. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuzdur. Məsələn, burada kartof 40-65, bibər 40-80 qəpiyə, pomidor 60 qəpik -1 manata, üzüm 60 qəpik -1 manat 20 qəpiyə təklif olunur.
Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Şənbə günü Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 270 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov məlumat verdi ki, yarmarkada məhsulların qiymətləri bazarlardakından 20-25 faiz ucuzdur. Eyni zamanda, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunur.
Yarmarkada qoyun ətinin kiloqramı – 5-6 manata, mal əti – 5 manat – 5 manat 50 qəpiyə, quş əti – 2 manat 20 qəpik - 4 manata, üzüm – 1 manata, alma – 50 qəpik - 1 manata, armud – 1 manat 20 qəpik – 1 manat 50 qəpiyə, pomidor – 1 manat – 1 manat 50 qəpiyə, badımcan - 40, xiyar - 50-70, kartof - 40-65, soğan 25-40, qarpız – 35, yemiş - 90 qəpiyə, yumurtanın bir ədədi – 6-9 qəpiyə təklif edilir.
Şəhər sakinləri yarmarkada yaradılan şəraitdən razıdırlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrət Eminov bildirdi ki, şənbə günü Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığındakı yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala, Oğuz rayonlarından 60,9 ton kənd təsərrüfatı məhsulları, Giləzi broiler fabrikindən 10 min ədəd yumurta gətirilib.
Yarmarkada ilk baxışdan canlanma, bolluq və qızğın alış-veriş gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun bostan bitkiləri-qarpız, yemiş, balqabaq, tərəvəzlərdən pomidor, xiyar, kələm, kartof, soğan, yerkökü, çuğundur, meyvələrdən alma, armud, çiyələk, şaftalı, gavalı, üzüm, qarağat, həmçinin ağartı, göyərti və s. kənd nemətləri təklif edilirdi.//AzərTac
Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər. Yarmarkada kələm 70-90, badımcan 30-40, yerkökü 70-90 qəpiyə, lobya 2 manata, alma 50-80 qəpiyə, armud 70 qəpik -1 manata, üzüm 80 qəpik -1 manat 20 qəpiyə təklif edilirdi.
Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yarmarkada qayda-qanuna ciddi nəzarət olunurdu.
Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada bol və keyfiyyətli meyvə-tərəvəz, süd və bostan məhsulları nəzərə çarpırdı.
Şəhər sakinləri burada bazarlıq etməyin əlverişli olduğunu söyləyirdilər. Bərdə, Ağstafa, Siyəzən, Goranboy və digər rayonlardan gətirilmiş məhsullar onlara bazarlardakından 25-30 faiz ucuz qiymətlərə satılırdı. Burada kələmin kiloqramı 70-80, pomidor 50-80, badımcan 30-35, kartof 40-60, üzüm 60-90, alma 25-60, qarpız 30-35, yemiş 60-70 qəpiyə idi.
Yarmarkada xidmət üçün bütün lazımi şərait yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun verdiyi məlumata görə, yarmarkaya 23,5 ton meyvə-tərəvəz, bostan və süd məhsulları gətirilib.  


Teqlər:BAKIDA KƏNT TƏSƏRRÜFATI MƏHSULLARIN

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar