TÜRKİYƏ SƏFİRLİYİ ATƏŞƏ TUTULDU.(YENİLƏNDİ)
18.08.2014 1440 0.0 0

Bu gün Türkiyənin Rusiyadakı səfirliyinin binasını atəşə tutan şəxsin kimliyi müəyyənləşdirilib. 

Rusiya mətbuatının  verdiyi məlumata görə, hadisəni törədən şəxsin erməni Artur Mirzoyan olduğu məlum olub. Onun məqsədi səfirliyin binası üzərində Türkiyənin gerbini vurmaq olub. Artur Mirzoyan ov tüfəngi ilə iki dəfə atəş açaraq hər dəfəsində də hədəfə dəyib. 

Qeyd edək ki, Artur Mirzoyan "Dobrıy les" şirkətinin baş direktorudur.

********

Bu gün Türkiyənin Rusiyadakı səfirliyinin binası atəşə tutulub. 

Rusiya mətbuatına istinadən verilən  məlumata görə, Moskva polisi səfirliyin binası üzərində bərkidilən lövhəsini atəşı tutan şəxsi saxlayıb. İnsident bu gün 08:20-də qeydə alınıb. 

Atəş açan şəxs dərhal polis şöbəsinə aparılıb. 

Hadisə zamanı zərər çəkən olmayıb.//ANS PRESS

 
 

Teqlər:TÜRKİYƏ SƏFİRLİYİ ATƏŞƏ TUTULDU.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar