Çempionlar Liqası: Həftənin oyunçusu adına namizədlər müəyyənləşib
05.05.2022 13468 0.0 0

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.

Məlumata görə, bu ada İngiltərənin "Liverpul" klubundan Luis Dias, "Mançester Siti"dən Bernardu Silva, İspaniyanın "Real Madrid" komandasının qapıçısı Tibo Kurtua və "Vilyarreal"dan Fransis Koklen iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar