«Cənubi Qafqaz istənilən vaxt Suriyaya çevrilə bilər»- Rusiya Müdafiə naziri
15.07.2016 1431 0.0 0

“Dünyada, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqazın post-sovet ölkələrində   yeni hərbi münaqişələr yaranması ehtimalı qalır”.

 

Qazeta.info Publika.az-a istinadən xəbər verir ki, bunu hərbi-elmi konfransda Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

 

“Dünyada vəziyyətin inkişafının analizi göstərir ki, ən yaxın perspektivdə hərbi münaqişələrin yaranması ehtimalı qalır. Suriyada olduğu kimi belə böhran vəziyyətləri istənilən ölkədə, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqazın post-sovet dövlətlərində yarana bilər”, - o, deyib.

 

Onun sözlərinə görə, bu şəraitdə Rusiya müvafiq olaraq potensial təhlükələrə reaksiya verməyə məcburdur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar