CƏBHƏDƏ GÜCLÜ ATIŞMA-DÜŞMƏN TƏRƏFİ İTKİ VERİB
12.01.2015 830 0.0 0

“Ermənistan KİV-ləri tərəfindən yayılan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində guya diversiya törətməsi, nəticədə itki verməsi barədəki informasiyalar yalan və uydurmadır”.

Bunu virtualaz.org saytına açıqlamasında Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib.

“Bu, ermənilərin növbəti yalanı və təxribatıdır. Azərbaycan ordusu heç bir itki verməyib. Azərbaycan ordusu vəziyyətə tam nəzarət edir” - deyə polkovnik V.Dərgahlı bildirib.

Xatırladaq ki, bu gün  atışma saat 17:30-radələrində Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbərdə   cəbhənin Bağanıs kəndi yaxınlığında güclü atışma baş verdiyi bildirilmişdi.

Erməni tərəfi bir erməni hərbçisinin öldürüldüyünü təsdiq etmiş və eyni zamanda bildirilir ki, atışmada guya bir Azərbaycan hərbçisi də həlak olması barədə erməni mətbuatına məlumat yaymışdı.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar