Qazeta.info bildirir ki, Sabuncu rayonu Ramana qəsəbəsində torpaq alıb ev tikdirmək istəyən vətəndaşların haqsızlıqla qarşılaşması davam edir. Bu gün saytımıza verilən məlumata görə, Azərbaycan ordusunun giziri, bu ayın əvvələrində cəbhədə baş verən döyüş zamanı keçmiş Talış kəndində yüksəkliyin alınmasında son ana kimi vuruşan və hələ üzərlərindən barıt qoxusunun getmədiyi hərbçilərdən biri olan tank komandiri C.Çobanovun Sabunçu rayon Ramana qəsəbəsində tikdirdiyi ev Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülüb .
Özünü Abbas Nəbiyev kimi qələmə verən şəxs
Qazeta.info-ya şikayət edən hərbçinin qardaşının verdiyi məlumata görə, Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları ilə ilk qarşılaşmaları və onlardan pul tələb etməsi aprelin 5-nə təsədüf edir. "İcra Hakimiyyətinin əməkdaşları ilk dəfə aprelin 5-də gəlmişdilər. Mən artıq bir neçə gün idi ki, qardaşımla cəbhədə baş verən döyüşlər səbəbi ilə əlaqə yarada bilməmişdim. Heç sağ olub-olmaması haqda məlumat belə ala bilmirdim. Amma bunlar burda mənimlə 2500 davası edirdilər. Bir dəfə getdim Fərid Məmmədəliyevin qəbuluna, dedilər saat 3-dən sonra olur yerində. Bu gün də Fərid deyilən o şəxs özü də gəldi başının dəstəsilə, evi uçurtdurdu və "Qardaşına de gəlsin yanıma" - deyərək getdi. Qardaşımın həqiqətən də döyüşçü olmasını sübut etmək üçün son döyüşlərdə olan fotolarını, vurulan düşmən texnikasını göstərsəm də fayda vermədi. Abbas adlı şəxs geri dönüb barmağını-barmağına sürtüb, pul işarəsi göstərib getdilər"
Xatırladaq ki, sözü gedən ərazidə bütün torpaqların təyinatı dövlət tiplidir və vətəndaşlara Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti tərəfindən 99 illik müqavilə əsasında çıxarışla satılıb. Yəni hazırda videoda görüntülənən bütün evlərin sənədləri bizə şikayət edən hərbçinin sənədlərindən heç nəyi ilə fərqlənmir.
Sabuncu rayonu Ramana qəsəbəsində torpaq alıb ev tikdirmək istəyən digər vətəndaşların evinin sökülməsini əks etdirən video görüntü.