Bundesliqada futbolçu baş məşqçini itələyərək yerə yıxıb - VİDEO
11.11.2019 510 0.0 0

Almaniya Bundesliqasının XI turunda “Frayburq”un evdə “Ayntraxt”ı 1:0 hesabı ilə məğlub etdiyi oyunda insident baş verib.

Qazeta.info “Report”un məlumatına əsasən bildirir ki, 90+5-ci dəqiqədə qonaqların futbolçusu David Abraham meydan sahiblərinin baş məşqçisi Kristian Ştrayxı itələyərək yerə yıxıb. Bundan sonra hər iki komandanın oyunçuları arasında qarşıdurma olub.

Hakimlərin müdaxiləsindən sonra kütləvi davanın qarşısı alınıb. Referi Abrahama qırmızı vərəqə verib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar