KÜRD LİDERİ ERMƏNİSTAN DÖVLƏTİ YARATMAQ İSTƏYİR
10.12.2014 854 0.0 0

PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalan Türkiyənin şərqində “Qərbi Ermənistan” yaratmaq təklifi ilə çıxış edib. 

Məlumata görə, xəbəri bu günlərdə Ermənistanın “Kentron TV” telekanalı yayıb. Telekanalın məlumatına görə, noyabrın 29-da həbsdə olduğu İmralı adasında terror qruplaşmasının siyasi qanadının təmsilçiləri ilə görüşən PKK lideri kürd probleminin 4 mərhələli həlli planını təqdim edib. 

Plana görə, Türkiyə federal dövlətə çevrilməli və onun ərazisində kürd dövləti ilə yanaşı, “Qərbi Ermənistan” dövləti də yaranmalıdır. Öcalan hətta hökuməti hədələyib və deyib ki, əgər 4-5 ay ərzində planı qəbul edilməzsə, Türkiyədə qan su yerinə axacaq.

Erməni telekanalı həm də Türkiyənin şərqində 12 milyon kürdün, 4 milyon erməninin və 3 milyon türkün yaşadığını iddia edib ki, bu tamamilə yalandır. Türkiyənin şərq vilayətlərində toplam 3-4 milyon əhali yaşayır ki, bunların içində erməni yoxdur. //ANS PRESS


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar