Bu şəhər və rayonların əhalisi daha çox həkimə müraciət edir
23.02.2022 267 0.0 0

Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan şəhər və rayonlar Mingəçevir (442), Gəncə (249), Balakən (220), Şirvan (205), Yevlax (203), Beyləqan (193), Qəbələ (169), Göyçay (160), Qax (158) və Göygöldür (154).

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən cari ilin yanvar ayı ərzində 58 şəhər və rayonda 421 134 vətəndaşa 1 488 464 tibbi xidmət göstərilib.

Bu müddətdə tibb müəssisələrinə 655 626 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 295 394-ü ambulator, 193 070-i isə stasionar şəraitdə göstərilib.

Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, gözün və gözün əlavə aparatının xəstəlikləri və müəyyən simptomlarla bağlı olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar