AZƏRBAYCANDA TÜRKİYƏNİN MƏDƏNİYYƏT GÜNLƏRİ KEÇİRİLİR(FOTOLAR)
24.11.2014 1253 0.0 0

Qazeta.info Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, 2014-cü il 23-27 noyabr tarixlərində Azərbaycanda Türkiyənin Mədəniyyət Günləri keçirilir.

İlk dəfə keçiriləcək Mədəniyyət Günləri ilə əlaqədar Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelikin rəhbərliyi ilə qardaş ölkənin tanınmış incəsənət ustaları Azərbaycanda səfərdədir.Nümayəndə heyəti noyabrın 23-də Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

Daha sonra Mədəniyyət və Turizm Nazirliyində görüş keçirilib. Qonaqlar gün ərzində Azərbaycan Xalça Muzeyi, Beynəlxalq Muğam Mərkəzi ilə tanış olublar. 
Tədbir çərçivəsində 23 noyabr tarixində Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikasında Türkiyə Cumhuriyyətinin Mədəniyyət Günləri"nin rəsmi açılışı, Dövlət Xalq Rəqsləri Topluluğu İstanbul Tarixi Türk Musiqisi Topluluğu" Konserti, 24-27 noyabr tarixində Muzey Mərkəzində Əl sənətləri" (gümüş, bakır, çinicilik, naxış, ebru, şüşə üfləmə) və "Qadın Başlığı", "Türkiyədən Rənglər" foto-sərgiləri, 25 noyabr tarixində Dövlət Mahnı Teatrında "Xalq ozanlarının deyişməsi", noyabr ayının 25-də və 26-da Nizami Kino Mərkəzində "Aşk Tesadüfleri Sever" və "Yozgat Bules" filmlərinin nümayişi, noyabr ayının 26-da və 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Ankara Dövlət Teatrının "Nereye" və "Meraklısı için Öyle Bir Hikaye" tamaşalarına baxış keçiriləcəkdir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar