Bir İŞİD-çini öldürmək ABŞ-a bu qiymətə başa gəlir?
07.09.2015 779 0.0 0

ABŞ ordusu bir İŞİD terrorçusunu öldürmək üçün xərclədiyi pulu açıqlayıb.

Məlumata görə hesablamalar nəticəsində məlum olub ki, ordu bir terrorçunu öldürmək üçün 250 min dollar pul xərcləyir.

Bu günə qədər ABŞ ordusunun İŞİD-ə vuruduğu0 20 min hava zərəbəsi nəticəsində 15 min döyüşçünün öldürüldüyü bildirilir.


Ümumilikdə ABŞ ordusu İŞİD-i məhv etmək üçün 3.5 milyard dollar pul xərcləyib. 

İraq və Suriyanın böyük bir hissəsini əlində saxlayan terror təşkilatı 2014-cü il iyunun-29 da dövlət qurduğunu elan edən təşkilat tutduğu əraziləri əlində saxlamağı bacarıb.

 


Qırmızı rənglə işarələnən bütün ərazilər İŞİD-ə məxsusudur


ABŞ isə 62 ölkənin dəsətəyi ilə koalisiya quraraq terrorçularlı zəyiflətmək istəyir. Koalisiya qüvvələrinin hücumlarından sonra İraq ordusu Tikrit şəhərini azad edə bilib. İŞİD hazırda Ramadi, Kobani, Mosul və Fəlluca şəhərləri və onların ətrafındakı neftlə zəngin əraziləri öz nəzaərtində saxlayır. 

Hazırki məlumata görə İŞİD-in 20-30 min arasında döyüşçüsü var. Üzvülərini 80 ölkənin vətəndaşları təşkil edir. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar