Binəqədidə Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü ilə bağlı tədbir keçirilib
14.07.2016 959 0.0 0

Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 47-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

 

RİH-dən bildirilib ki, tədbirdə RİH başçısının müavini Vüsar İsmayılov, “İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə, Aparatın əməkdaşları, rayon icra nümayəndələri, bələdiyyələr və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak ediblər.

 

Vüsar İsmayılov 14  iyul 1969-cu il tarixinin əhəmiyyətindən danışıb. “Zirvədən zirvəyə və əbədiyyətə" mövzusunda məruzə ilə çıxış edən Vüqar Rəhimzadə Heydər Əliyevin təkcə dövlət quruculuğu sahəsində deyil, milli quruculuqda da xalqa liderlik etdiyini vurğulayıb./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar