Berdimuhammedov postunu tərk edir- Növbədənkənar prezident seçkiləri keçiriləcək
12.02.2022 343 0.0 0

Türkmənistanda erkən prezident seçkiləri bu il martın 12-də keçiriləcək.

Qazeta.info xəbər verir ki, bu barədə "Rİa Novosti"yə Türkmənistan MSK sədrinin köməkçisi Bezirgen Qarayev məlumat verib.
Bildirək ki, Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov ötən gün parlamentin yuxarı palatası olan Xalq Məsləhətinin (Xalq Şurasının) növbədənkənar iclasında bildirib.

Türkman mediasının məlumatına görə, "bununla əlaqədar olaraq, Mərkəzi Komissiyanın sədrinə Türkmənistanın Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq müvafiq işlərə başlamaq tapşırılıb".


"Türkmənistan Prezidentinin təlimatlarına uyğun olaraq, ölkə Mərkəzi Seçki Komissiyası martın 12-də keçiriləcək erkən prezident seçkilərinə hazırlıq işlərinə başlayıb", - deyə Türkmənistan Mərkəzi Seçki Komissiyasından bildirilib.


Xatırladaq ki, Türkmənistan qanunlarına görə, Türkmənistanda doğulan, 40 yaşından kiçik olmayan, dövlət dilini bilən və əvvəlki on beş il ərzində Türkmənistanda daimi yaşayan və işləyən Türkmənistan vətəndaşı, Türkmənistan Prezidenti seçilə bilər.

Bildirək ki, Türkmənistan Prezidenti 7 il müddətinə birbaşa Türkmənistan xalqı tərəfindən seçilir və son prezident seçkiləri 2017-ci ildə baş tutub. Qanuna görə, növbəti seçkilər 2024-cü ildə keçirilməli idi.

Qərb mətbuatının yaydığı məlumata görə, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov, prezident postuna öz oğlu Sərdar Berdımuhammedovu hazırladığı iddia olunur. 

Türkmənistan Prezidentinin yeganə oğlu, Sərdar Berdimuhammedov hazırda baş nazirin iqtisadi məsələlər üzrə müavini postunu tutur. 2021-ci ilin noyabrında Qurbanquly Berdimuhammedov ona ölkənin neft və qaz kompleksini idarə etməyi tapşırıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar