Baş Dövlət Yol Polisi İdarəsi bayramla bağlı sürücülərə müraciət edib
30.12.2015 461 0.0 0

Baş Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) sürücülərə müraciət edib.
İdarədən  verilən məlumata görə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  və Yeni il münasibəti ilə respublikanın avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi artacaq. Bununla əlaqədar BDYPİ-i hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə, xüsusilə sürücüləri bayram günlərində sərxoş halda sükan arxasında əyləşməməyə, rayonlara səfərə çıxanlara isə müəyyən edilmiş sürət həddinə diqqət etməyə çağırıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar