Bakıya məcburi eniş edən təyyarənin sərnişini Sabunçu xəstəxanasında öldü
20.04.2015 727 0.0 0

Norveç aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Bakıya məcburi eniş etməsinin səbəbkarı olan Danimarka vətəndaşı dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlamasında deyib ki, təyyarədə vəziyyəti pisləşən Danimarka vətəndaşı Alen Lasten paytaxtın Sabunçu rayonundakı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. O, ağciyər-ürək tutmasından dünyasını dəyişib. Bakıya eniş edərkən qızı onun yanında olub. Hazırda meyit morqdadır və onun ölkəsinə təhvil verilməsi üçün müvafiq işlər aparılır. 
 
Xatırladaq ki, aprelin 19-da Banqkok-Kopenhagen aviareysi üzrə uçan, Norveç aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş edib. Təyyarənin göyərtəsində 288 sərnişin olub. Məcburi eniş 16:02-də baş verib və halı pisləşmiş 57 yaşlı Danimarka vətəndaşı Alen Lasten və qızı reysdən çıxarılıb. Onlar 3 saylı Sabunçu şəhər xəstəxanasına aparılıblar. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar