EKSPERT MİLLİ ŞURANIN MİTİNQİNİN UĞURSUZ OLACAQINI BİLDİRİR.
08.11.2014 884 0.0 0

Bu gün müxalifət daxilində olan intriqalar və sosial bazanın olmaması Milli Şuranın noyabrın 9-a planlaşdırılan mitinqinin uğurla keçirilməsinə imkan verməyəcək.

Bu barədə Trend-ə siyasi ekspert Arzu Nağıyev deyib.

A.Nağıyev qeyd edib ki, bu gün müxalif qüvvələr arasında böyük gərginlik var: "Məhz buna görə də adlarını istər Milli Şura qoysunlar, istərsə də digər formada adlandırsınlar, bu mitinqlər uğurla keçirilə bilmir. Arif Hacılı bu yaxınlarda Müsavat Partiyasına başqan seçiləndən sonra başqanlığa digər namizədlər tərəfindən arqumentlər ortaya qoyuldu və seçkinin saxta olması haqqında müxtəlif məsələlər qaldırıldı. Bunun müqabilində müxtəlif rayon təşkilatlarında istefalar verildi və beləliklə, Müsavat daxilində parçalanma baş verdi. Eyni zamanda, bu kəskin proseslər AXCP-də də baş verdi. Əli Kərimlinin bir müavininin, bir müşavirinin ardınca Sumqayıt təşkilatında və digər təşkilatlarda istefalar baş verdi. Yəni bu adamlar öz aralarında ortaq bir məxrəcə gələ bilmirlərsə, mitinqdə nədən danışa bilərlər?”.

A.Nağıyev qeyd edib ki, Milli Şuranın Klassik Xalq Cəbhəsi Partiyasını mitinqə dəvət etməməsi də bir səs-küyə səbəb oldu: “AXCP-də istefa verən 82 nəfər KXCP-nin üzvü oldu. Yəni bunların öz aralarında gedən intriqalar seçicilər, hətta digər müxalif təşkilatlar tərəfindən də birmənalı qarşılanmır və müxalif kontingent kimi baxanlar azalır”.

A.Nağıyev qeyd edib ki, məhz belə bir şəraitdə müxalifətin mitinq keçirməsi effektivliyi yoxdur.

.


Digər xəbərlər:
Şərhlər
avatar