Bakının ən böyük çirkli gölü indi görənləri heyran edir (VİDEO)
26.05.2015 1668 0.0 0

Bir vaxtlar sənaye və məişət tullantılarının, hətta neft qalıqları axıdılan Böyükşor gölünün son dövrlərə qədər bu dərəcədə təmizlənəcəyi və sahilində bulvar və parkın salınacağı bəlkə də heç kimin ağlına gəlməzdi. Hətta burda işə cəlb olunan əcnəbi mütəxəssislər “indiyə qədər belə çirkli göl” görmədiklərini deyirdilər. Vaxtilə bu gölə 76 mənbədən kanalizasiya suları axıdılırdı ki, layihənin icrasından sonra bu rəqəm 20-yə endirilib.

Gölün kompleks bərpası iki mərhələdə həyata keçirilməliydi. Birinci mərhələnin icrası və layihə ərazisinin təcrid edilməsi məqsədilə burada 1570 metr uzunluğunda bənd çəkilərək Böyükşor gölü iki hissəyə ayrıldı.

Bu bənd Ziya Bünyadov prospekti ilə Balaxanı şossesini birləşdirən 8 zolaqlı magistral yolun təməli hesab edilir. Gölün layihə icraçısı sayılan “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyətin idarə heyətinin müşaviri Oktay Məmmədovla söhbətdən anladıq ki, layihənin birinci hissəsi uğurla həyata keçirilib:

“Böyükşor gölünün birinci mərhələsinin icrası və layihə ərazisinin 300 hektara yaxındır. Gölün çirkabdan təmizlənmiş hissəsinin sahəsi 250 hektardır. Digər 50 hektara yaxın hissə isə şimal bəndin arxa hissəsidir ki, orada da müvafiq olaraq gölün dibindəki çöküntülər zərərsizləşdiriləcək. Məhz ərazilər təmizlənərək torpaq fonduna qaytarılacaq”.

Gölün içində fəvvarələr quraşdırılıb ki, bu da göl suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir. 

Gölün idarə edilməsi, su keyfiyyətinin yaxşılaşdırılması və monitorinqi üçün günəş enerjisi ilə qidalanan xüsusi qurğulardan da istifadə edilib.

Təxminən min hektara qədər sahəni əhatə edən gölün şərq sahili Bakı Olimpiya Stadionunun ərazisinə düşür ki, burda da möhtəşəm Böyükşor Bulvarı və parkı salınıb. Bulvar ərazisində 2,5 km uzunluğunda gəzinti zolağı salınıb. Bulvarın eni isə 94 metrdir. Gölün cənub sahilində isə 15 hektara qədər ərazidə park salınıb. Parkda abadlıq işləri aparılıb, idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb, velosipetlər qoyulub, minlərlə ağac və bəzək kolu əkilib. Ərazidə kafe və restoran tikilir, gələcəkdə hətta ticarət mərkəzlərinin də inşa ediləcəyi planlaşdırılır./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar