Bakıda övladlarını görməyə gələn ata bıçaqlanaraq küçəyə atılıb
05.07.2017 1023 0.0 0

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Məlumata görə, 1976-cı il təvəllüdlü Abdullayev Əsəd Ayaz oğlu Sarayevo küçəsi, 13 ünvanında yerləşən binanın girişində keçmiş qaynı tərəfidən bıçaqlanıb.

Bir neçə bıçaq xəsarəti alan şəxs çoxlu qan itirərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə gecə saatlarında baş verib. Ə.Abdullayev keçmiş həyat yoldaşının yaşadığı sözügedən ünvana gələrək övladlarını görmək istədiyini bildirib. Lakin onu mənzilin qapısında qaynı qarşılayıb və içəri buraxmayıb. Tərəflər arasında mübahisə düşüb. Bu zaman hər iki tərəf bıçaqdan istifadə edib. Nəticədə qayın cüzi xəsarət alsa da, yeznə ağır yaralanıb. Hadisə yerinə "təcili yardım" maşını çağırılmadığı üçün o, xeyli müddət binanın girişində köməksiz vəziyyətdə qalıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar