Bakıda baş verən qətlin bəzi təfərrüatları məlum olub
19.09.2015 749 0.0 0
Paytaxtın Nobel prospektində baş verən qətlin bəzi təfərrüatları məlum olub.

 

Əməkdaşı hadisənin bəzi detallarını öyrənib. İlkin məlumata görə, qətlə yetirilən E.Qarayev və Ağayev qardaşları arasında mübahisə Nobel prospektində yerləşən “Lion” kafesində yaranıb. Tərəflər münasibətlərinə aydınlıq gətirmək üçün küçəyə çıxıblar. Bu zaman Elməddin Ağayev özü ilə götürdüyü bıçaqla Ələddin Qarayevi qətlə yetirib.

 

Qeyd edək ki, Elməddin Ağayev “Lion” kafesinin sahibinin mühafizəçisidir. Qətlə yetirilən Ə. Qarayev isə adıçəkilən kafenin yaxınlığında yaşayırmış. E. Ağayev hadisə yerindən “Lion” kafesinin sahibinə məxsus BMW X5 markalı avtomobillə qaçıb./apa/

 

***

 

01:46

Bakıda qətl hadisəsi baş verib.

 

Məlumata görə, hadisə Nobel prospekti, 110 ünvanında qeydə alınıb.

 

Belə ki, Ağayev Elməddin Xanhüseyn oğlu və onun qardaşı Ağayev Niyaməddin idarə etdikləri “BMW” və “KİA” markalı avtomobillərlə Nobel prospekti ilə hərəkətdə olduqları zaman hələlik nəmalum  avtomobilin sürücüsü, 1965-ci il təvəllüdlü Qarayev Ələddin Malış oğlu ilə mübahisələri yaranıb.

 

Mübahisə zamanı Elməddin Ağayev bıçaqla E.Qarayevə xəsarət yetirib və o, hadisə yerində ölüb. Hər iki qardaş hadisəni görən motosikl sürücüsünü izləyib və onu beysbol ağacları ilə döyüblər. Hər iki şəxs hadisə yerindən qaçıb.

 

Dövlət Yol polisinin əməkdaşları Niyaməddin Ağayevi idarə etdiyi “KİA” markalı 90 NZ 849 dövlət nömrə nişanlı avtomobillə birlikdə saxlayıblar. Elməddin Ağayevin  tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

 

İlkin məlumata görə, qətlə yetirilən E.Qarayev və Ağayev qardaşları arasında mübahisə Nobel prospektində yerləşən “Lion” kafesində yaranıb. Tərəflər münasibətlərinə aydınlıq gətirmək üçün küçəyə çıxıblar. Bu zaman Elməddin Ağayev özü ilə götürdüyü bıçaqla Ələddin Qarayevi qətlə yetirib.

 

Qeyd edək ki, Elməddin Ağayev “Lion” kafesinin sahibinin mühafizəçisidir. Qətlə yetirilən Ə. Qarayev isə adıçəkilən kafenin yaxınlığında yaşayırmış. E. Ağayev hadisə yerindən “Lion” kafesinin sahibinə məxsus BMW X5 markalı avtomobillə qaçıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar