Bakı Şəhər Baş Polis İdarəsi mitinqi ilə bağlı məlumat yayıb
15.03.2015 1045 0.0 0
Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın martın 15-də keçirdiyi mitinqlə bağlı məlumat yayıb.

 

İdarədən  daxil olan məlumatda bildirilir ki, martın 15-də özünü

Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal

rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

 

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan

AXCP, İslam və Xalq partiyalarının, eləcə də bir sıra müxalifətyönümlü

qeyri-hökumət təşkilatlarının ümumi sayı 600 nəfərədək olan üzvü və

təəssübkeşi iştirak edib.

 

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar