Bağdadda iki partlayış törədilib, 20 nəfər ölüb, 60 nəfər yaralanıb
30.05.2017 581 0.0 0

İraqın paytaxtı Bağdadda törədilən ikinci partlayış nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb.

“Al-Jezeera”ya istinadən xəbər verilir ki, bu barədə yerli təhlükəsizlik xidməti və şahidlər bildiriblər.

Partlayış avtomobilə qoyulan bombanın partlaması nəticəsində olub.

Qeyd edək ki, digər partlayış Bağdadın mərkəzində dondurma dükanının yaxınlığında törədilmişdi. Həmin hadisə nəticəsində 13 nəfər ölüb, 30 nəfər isə yaralanmışdı. Terrorun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar