Azərbaycanlıların işləmək üçün daha çox meyl etdiyi dövlət qurumlarının adlrı açıqlanıb
17.04.2015 653 0.0 0

26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr tarixlərində 81 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 922 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün iştirak edən namizədlərin ən çox iddia etdiyi dövlət orqanlarının adları məlum olub.
 
Məlumata görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nəticələrlə bağlı məlumatında bildirilib.
 
Məlumatda qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi 77 vakant yer uğrunda 857 namizəd, Maliyyə Nazirliyinin təqdim etdiyi 23 vakant yer uğrunda 651 namizəd, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi 9 vakant yer uğrunda 528 namizəd, Rabitə və Yüksək və Texnologiyalar Nazirliyinin təqdim etdiyi 16 vakant yer uğrunda 465 namizəd, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi 72 vakant yer uğrunda 409 namizəd, Mədəniyyət və Turizm Nazirliyinin təqdim etdiyi 22 vakant yer uğrunda 387 namizəd, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın təqdim etdiyi 2 vakant yer uğrunda 386 namizəd rəqabət aparıb.
 
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün Komissiyada 2 min 586 qadın namizəd olmaqla 7 min 769 namizəd qeydə alınıb. Qeydə alınan 7 min 769 namizədin 81,32 faizini gənclər təşkil edib./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar