ATƏT GİROVLARIN "MƏHKƏMƏSİNƏ" MÜNASİBƏT BİLDİRİB
19.11.2014 1340 0.0 0
“ATƏT PA tanınmamış “Dağlıq Qarabağ respublikası”nda azərbaycanlı girovlar üzərində qurulan “məhkəmə”ni qanuni hesab etmir”.

 

Qazeta.info bildirir ki, bunu ATƏT Parlament Assambleyasının vitse-prezidenti Georgi Sereteli deyib. O bildirib ki, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktını nəzərə alaraq keçirilən “məhkəmə”nin qanunsuz olduğunu söyləmək olar:

 

“Oxşar məhkəmələr tanınmamış Abxaziyada da keçirilə bilər, amma biz onu tanımırıq. Girovlarla bağlı məsələni biz hələ ATƏT PA-da müzakirə eləməmişik, amma onu deyə bilərəm ki, bu, beynəlxalq prinsiplərə uyğun prinsip olmalıdır və məsələ bu yolla həll edilməlidir”.

 

Vitse-prezident ATƏT-in girovların qaytarılması üçün hansı addımları atacağı barədə suala konkret cavab verə bilməyib: “Bu səpkidə suala konkret cavab vermək üçün hazırlıqlı olmaq lazımdır. Buna hazır deyiləm. Əlbəttə, ATƏT-in müvafiq qurumları var ki, bununla məşğul olurlar”.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar