Azərbaycanlı İŞİD-çinin Ankaraya gətirdiyi terrorçulardan çertyoj tapıldı - VİDEO
22.05.2017 1786 0.0 0

Ankara valisi Ercan Topaca Etimesgut mahalında zərəsizləşdirilən 2 İŞİD terrorçusunun şəxsiyyətlərinin hələ təsbit edilmədiyini bildirib.

Milliyet-ə istinadən xəbər verilir ki, öldürülən terrorçuların üzərlərindən çıxan ilkin əlyazma çertyojlarından haranı hədəf aldığı məlum olub. Həmin çertyojlarda AK Partiya konqresi və Dikmendə bir qeyri-hökumət təşkilatının hədəf alındığı açıqlanıb.

Qeyd edək ki, ötən gün səhər saatlarında Türkiyə polisi Ankarada Etimesgut qəsəbəsinin Yapracık məhəlləsində əməliyyat keçirib. Əməliyyat zamanı bir evdə terror aktı törətməyə hazırlaşan iki nəfər təslim olmayınca məhv ediliblər.

Ankara valisi Ercan Topaca terrorçuları gətirən şəxsin Azərbaycan əsilli olduğunu, öldürülən və iki terrorçunun da əcnəbi olduğunun ehtimal edildiyini söyləyib: "Ancaq bu, hazırda dəqiqləşdirilir. Bir neçə saat ərzində 25-30 yaşlı bu iki terrorçunun şəxsiyyəti dəqiqləşdiriləcək". /Milli.az/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar