Azərbaycanda külli miqdarda dövlətə borcu olan şirkət rəhbəri beynəlxalq axtarışa verilıb-FOTO
22.09.2015 641 0.0 0

Azərbaycanda külli miqdarda vergi ödəməkdən yayınan iş adamı beynəlxalq axtarışa verilib.

Məlumata görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
 
Məlumatda qeyd olunur ki, 1968-ci il təvəllüdlü Kazımov Azər Əkbər oğlu Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.
 
A.Kazımov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində həbsli axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.
 
Məlumata görə, A. Kazımov “MST Tikinti-Quraşdırma” MMC-nin rəhbəri olub. Onun vergi borcu 500 min manata yaxın olub və vəsaiti ödəyə bilmədiyi üçün ölkədən qaçıb.  /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar