Azərbaycanda gələn il siyasi partiyalara ayrılacaq pul vəsaitinin həcmi açıqlanıb
30.11.2016 1001 0.0 0

 Azərbaycanın 2017-ci ilin dövlət büdcəsi layihəsində siyasi partiyalara 2,5 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub.

"Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov gələn ilki büdcə layihəsinin parlament komitələrinin bu gün keçirilən birgə iclasında aparılan müzakirələrdə deyib. 

Nazirin sözlərinə görə, gələn il və sonrakı illərdə infrastruktur layihələrinin icrası üçün ayrılacaq maliyyə vəsaitinin həcmləri azaldılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar