RUSİYA NATO SAMMİTİNİN QƏRARINA SƏRT REAKSİYA VERİB.
06.09.2014 1349 0.0 0

 

Rusiya  NATO-nun Ukrayna torpaqlarında reallaşdırmağı planlaşdırdığı manevrə reaksiya göstərib.Rusiya Beynəlxal quqmu  ABŞ siyasətini icra etməkdə günahlandırıb. 

 

Rusiya Xarici İşlər Nazirliyi  NATO-nun, ABŞ və Sülh Naminə Tərəfdaşlıq ölkələrinin fəaliyyətləri ilə Ukrayna torpaqlarında reallaşdıracağı manevrin bölgədəki gərginliyi artıracağına səbəb olacağını ifadə edib. Rusiya Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada, Uelsə Nevport şəhərində təşkil olunan  NATO sammitində alınan qərarlar qiymətləndirilib. 
Yazılı açıqlamada  qeyd edilir ki, 
"Ukrayna mövzusunda verilən açıqlamaların tonu və xüsusiyyəti, NATO-ya üzv ölkələrin Kievlə Ukrayna torpaqlarında bu ilin sonuna qədər ortaq hərbi təlimlərin keçirilmə planı  gərginliyin artacağının qaçılmaz olduğu görünür. Bu addımlar, Ukraynadakı sülh prosesini təhlükəyə atacağı kimi, cəmiyyətdə bölünmə alovlarını də qızışdıracaq. " deyə əks olunub.
NATO Toplantısının nəticələrinin heç kimsəni təcübləndirməyəcəyi ifadə edilən açıqlamada, Soyuq savaş dövründə qurulan ittifaqın öz genetik kodlarını dəyiştirməyəcəyi qarşıya qoyulub. 

Açıqlamada  "Toplantıdan  çıxan qərarlar, NATO-nun ABŞ və bir neçə Avropa paytaxtının diktə etdiyi siyasəti yürütdüyünü gözlər önünə sərmişdir" ifadəsindən istifadə edilib. Şərhdə ayrıca NATO sammitində alınan qərarların Rusya tərəfindən detallı bir şəkildə analiz ediləcəyi ifadə olunub.


Teqlər:RUSİYA NATO SAMMİTİNİN QƏRARINA SƏR

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar